...

Azərbaycanın Rabitə Nazirliyi ilə Ümumdünya Poçt İttifaqı arasında əməkdaşlıq yaxşı səviyyədədir: ÜPİ-nın rəhbəri ilə müsahibə

Siyasət Materials 25 Aprel 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir S.Babayeva/ Ümumdünya Poçt İttifaqının (ÜPİ) beynəlxalq bürosunun Baş direktoru Eduard Dayan (Edouard Dayan) ilə Trend ın eksklüziv müsahibəsi.

- Ümumdünya Poçt İttifaqının üzvü kimi Azərbaycanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan ÜPİ-ə 1993-cü il aprelin 1-də daxil olub. Ölkəniz MDB dövlətləri arasında İttifaqın ən fəal iştirakçısıdır. O həmçinin Buxarest Konqressi tərəfindən seçilən ÜPİ-nın Administrasiya Şurasının üzvüdür və onun işində fəal rol oynayır. Azərbaycan "EMS Cooperative" və "UPU Telematics Cooperative" sistemlərinə də daxildir.

Azərbaycan regional səviyyədə bir neçə poçt təşkilatının üzvüdür: MDB-nin 12 ölkəsini özündə birləşdirən Rabitə sahəsində Regional Əməkdaşlıq (RRƏ), poçtun nizamlanması üzrə Avropa Komitəsi (CERP) və Avroasiyanın Poçt İttifaqı. Mən 2005-ci ilin yazında Bakıda RRƏ ölkələrinin poçt və kommunikasiya nazirlərinin görüşündə iştirak etdiyim zaman sizin ölkənin poçt sektorunun nümayəndələri ilə görüşmək imkanı əldə etmişdim.

- ÜPİ Konqressində Administrasiya Şurasına seçkilərdə Azərbaycanın şanslarını necə qiymətləndirirsiniz?

- Cari ilin əvvəlində Administrasiya Şurasının sessiyasında Azərbaycanın İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri tərəfindən müşaiyyəti olunan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov poçt markalarının filateliyası üzrə sərgidə iştirak edib. Bu tədbirdə onlar cari ilin may ayının əvvəlində Cenevrədə keçiriləcək Ümumdünya poçt konqressi zamanı Poçt əməliyyatları Şurası və Administrasiya Şurasına seçkilərdə Azərbaycanın namizədliyinint iralə sürüləcəyini bəyan etmişdi. Azərbaycanın namizədliyi ilə bağlı hər hansı mövqe bildirmək mənim üçün çətindir.

- ÜPİ və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığın inkişaf perspektivlərini necə görürsünüz?

- ÜPİ və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlıq mənim nazir Əli Abbasovla görüşümdən sonra çox yaxşı səviyyəyə gəlib çatıb. Maliyyə xidmətlərinin inkişafı üzrə Dünya Bankı layihəsinin reallaşdırılması çərçivəsində danışıqların rolunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın maliyyə xidmətləri üzrə inkişaf layihəsində əsas məqsədi iki hökumət strategiyasından - yoxsulluğun azaldılması və poçt şəbəkəsində təsis edilən milli ödəniş sisteminin yaradılmasından ibarətdir. Layihənin məqsədi böyük milli fiziki şəbəkə - poçt şəbəkəsindən istifadə etməklə əhaliyə poçt və qeyri-poçt maliyyə xidmətləri təklif etməkdir.

ÜPİ dünya maliyyə şəbəkəsinin inkişaf sahəsində birinciliyi ələ almaq niyyətindədir. Təşkilat həmçinin layihənin həyata keçirilməsi üçün nazirliyə yardım göstərmək istəyir.

- Azərbaycan və sizin təşkilat yaxın gələcəkdə hansı layihələri və birgə proqramları həyata keçirə bilər?

- 2006-cı ilin noyabrında Azərbaycan, Vahid poçt islahatının və inkişaf planının irəliləməsi üzrə (IPDP) ÜPİ-nin səfərindən fayda götürüb. IPDP - ÜPİ tərəfindən ölkələrin ekspertləri ilə sıx əməkdaşlıq üzrə hazırlanan islahat və inkişaf proqramıdır. O, poçt xidmətinin iqtisadi və kommersiya mühitini, nizamlanmanın hüquqi əsasəlarını və ölkə bazarının mövcud benefisitinin öyrənilməsi məqsədi ilə təsis edilib.

IPDP həmçinin Ümumdünya poçt konvensiyasını, xüsusilə də ümumdünya poçt xidmətləri üzrə öhdəlikləri nəzərə alır. Hökumət IPDP-da öz uzunmüddətli təşəbbüslərini irəli sürür və poçt sektorunun islahatlar proqramının bir hissəsi qismində onlara nail olmaq barədə üzərinə öhdəliklər götürür. Bu strateji sənəd 2007-ci ilin yanvar ayında baş nazir Artur Rəsizadə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, "Azerpocht"un baş direktoru, UNDP (BMT-nin İnkişaf Proqramı) və Dünya Bankının Bakıdakı nümayəndəliklərinə göndərilib.

Məndə olan məlumata görə, hökumət IPDP çərçivəsində layihəyə 350 min dollar yatırmaq qərara alıb. Bunda məqsəd bütün ölkə ərazisini əhatə edən poçt şəbəkəsinin yaxşılaşdırılması (yeni poçt ofislərinin yaradılması) vasitəsilə ümumdünya poçt xidmətinin yaxşılaşdırılması və inkişafıdan ibartədir.

- Poçt infrastrukturunun uğurlu inkişafını təmin etmək üçün Azərbaycana nə tövsiyə edə bilərsiniz? Azərbaycanda poçtun inkişafını sürətləndirmək üçün hansı çatışmazlıqları aradan qaldırmaq lazımdır?

- IPDP sənədi bu sektorun və milli operatorun (Azerpocht) hazırkı vəziyyətin təhlilini təmin edir, həmçinin gələcək inkişaf üçün sahələri müəyyən edir:

- ümumdünya poçt xidmətlərinin təminatının yaxşılaşdırılması,

- milli poçt bazarının tam öyrənilməsi və bazar təlabatlarına müvafiq olaraq bir sıra xidmətlərin uyğunlaşdırılması;

- poçt nizamlanmasının gücləndirilməsi;

- "Azerpocht" maliyyə menecmentinin inkişafı

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap

Xəbər lenti

Xəbər lenti