...

Bakıda Azərbaycan-İran əməkdaşlığı perspektivləri müzakirə ediləcək

Siyasət Materials 2 May 2008 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və İran əməkdaşlığının inkişaf perspektivləri iki ölkə hökumətləri səviyyəsində yaxın günlərdə Bakıda müzakirə ediləcək. Danışıqlar İran xarici işlər nazirinin birinci müavini Şeyx Əttarın Bakıya səfəri zamanı baş tutacaq.

Əttar və Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov Tehranda, İran diplomatının qarşıdakı səfəri və yaxın vaxtlarda Bakıda iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə Azərbaycanın bu ölkədəki səfiri cümə günü Trend -a məlumat verib.

Birgə komissiyanın növbəti iclasında hər iki ölkə üçün vacib olan iqtisadi layihələrin reallaşdırılmasının sürətləndirilməsi yollarının müzakirəsi gözlənilir. Azərbaycan-İran danışıqlarında Azərbaycanın vacib rol oynadığı "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı üzrə işlərin intensivləşdirilməsinə böyük diqqət ayrılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti