...

Aİ Çin uyğurlarına yardım etməyəcək – ekspertlər

Siyasət Materials 3 May 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may/ Trend müxbir E.Tarıverdiyeva, R.Hafizoğlu/ Çinin müsəlman-uyğurlar icması ümid edir ki, Avropa İttifaqı ölkə hökumətinə təsir göstərəcək və pozulmuş hüquqların bərpa edilməsinə yardım edəcək. Lakin, yaxın zamanlarda Aİ çətin ki, yardım haqqında çağırışa cavab verəcək.

"Avropanın Çin müsəlmanlarına yardımı haqqında söhbət belə ola bilməz. Belə ki, BMT, Aİ rəhbəliyi və digər təşkilatları uyğurlardan ibarət Şərqi Türküstanın İslam hərəkatını terrorçu qrup kimi nəzərdən keçirilər", - amerikalı politoloq Riçard Veyts (Richard Weitz) hesab edir.

Aprelin ortalarında uyğurlar Çinə dair yeni siyasət qəbul etmək və ÇXR-in bütün dini və etnik azlıqlarının hüquqları və azadlıqlarının müdafiəsi məsələsini qaldırmaq xahişi ilə Avropa İttifaqına müracitə ediblər. Xan regionun əhalisinin təqribən yarısı Mərkəzi Asiyanın qonşu türk ölkələrindən çıxan Çin müsəlmanlarıdır. Müsəlmanların çox hissəsi Xana- özlərinin ənənəvi ərazilərinə çinlilərin axınlarının artması və öz hüquqlarının pozulmasına qarşı çıxırlar.

"Sintszyan-Uyğur muxtar rayonunda yaşayan müsəlman-uyğurların əksəriyyəti din etiqadı azadlığının məhdudlaşdırılması və hökumət tərəfindən etnik müsəlmanların diskriminasiyasından narazıdırlar", - Hadson İnstitutunun (ABŞ) Çin üzrə proqramının direktoru Veyts cümə günü elektron poçtla Trend -a bildirib. Lakin, onun sözlərinə görə, müsəlman qruplaşmalarının bəzi üzvlər Sintszyanın müstəqilliyinin təmin edilməsi üzrə kampaniya çərçivəsində Çin vətəndaşlarına münasibətdə zor tətbiq edirlər. Çinin vəzifəli şəxsləri isə hətta bu təşkilatı "Əl-Qaidə) ilə əməkdaşlıqda ittiham edirlər", - Veys əlavə edib.

Ekspert bildirib ki, Çin hökuməti öz ərazisində müsəlman etnik separatçılığının inkişafı ilə bağlı çoxdandır ki, narahatdır. Belə ki, Çin hakimiyyəti apreldə elan edib ki, Yay Olimpiya Oyunları zamanı əcnəbiləri oğurlamağa və Çin şəhərlərində kamikadzelərin hücumlarını həyata keçirməyə çalışan müsəlman terrorçularının qəsdinin üstünü açıblar. Çinin İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi bildirib ki, hakimiyyət odlu silah və partlayıcıdan istifadə etməklə Pekində keçiriləcək Olimpiya Oyunlarını pozmağı planlaşdıran 45 şühbəlini saxlayıb.

Türkiyəli politoloq-hüquq müdafiəçisi Ayxan Kuçuk hesab edir ki, Aİ əvvəl-axır Çinin müsəlman uyğurlarını dəstəkləyəcək. "Uyğur müsəlmanların problemli dini problemdən daha çox demoqrafik problemdir. Belə ki, müsəlman-uyğurlar yoxa çıxmaq faktı qarşısında dayanıblar", - "Mezlumder" təşkilatının İstanbul şöbəsinin direktoru Kuçuk cümə günü elektron poçtu ilə Trend -a bildirib.

Onun sözlərinə görə, Çin hökuməti uyğurlara münasibətdə daimi olaraq repressiyalar həyata keçirir. Çin siyasətçilərinin uyğurlarının terroçu olmaları və terror təşkilatları ilə əlaqə saxlamaları barədə bəyanatları heç bir əsasa malik deyil və onların "Əl-Qaidə" və ya "Taliban" kimi təşkilatlarla əlaqələrini təsdiqləyən heç bir fakt yoxdur. "Çin müsəlmanlarına qarşı repressiyalar bir və ya iki il əvvəl başlamayıb. Bu 1949-cu ildən baş verir. O zaman isə, "Əl-Qaidə" və ya "Taliban" barədə heç kimə heç bir şey məlum deyildi"- ekspert bildirib.

Kuçukun sözlərinə görə, Çinin uyğur müsəlmanları hətta cüzi insan hüquqlarından məhrumdurlar. "Biz dünya ictimaiyyətinin müsəlmanları dəstəkləməsi üçün əlimizdən gələni edəcəyik"- türkiyəli ekspert bildirib.

Çinli politoloq Zanq Jiadonq (Zhang Jiadong) bildirib ki, bütün milli azlıqlar kimi uyğurlar da böyük Çin ailəsinin tərkib hissəsidirlər və onların iqtisasdi, siyasi, sosial, mədəni planda bərabər hüquqları və statusları var. Çinin Kommunist Partiyası isə millətçi partiya deyil. "Əlbəttdə bu o demək deyil ki, Çində insan hüquqlarına riayət edilməsi ilə bağlı heç bir problem yoxdur. Lakin bu problemlər Pekinin millətlər və din işləri üzrə daxili siyasəti nəticəsində yaranmayıb. Əslində bu problemlər bütün inkişaf edən ölkələrdə mövcuddur", - Şanxay Univeristetinin professoru, politoloq Jiadonq cümə günü elektron poçtu ilə Trend -a bildirib.

"Çin müsəlmanlarının hamısı dəstək üçün Avropaya müraciət etməyiblər. Yalnız xaricdə yaşayan bir neçə uyğur bunu edib, - o bildirib. Uyğurların hətta hamısı bütün Çin müsəlmanlarını təmsil edə bilməzlər". Jiadonqun sözlərinə görə, Çin, sosial-iqtisasdi inkişafın sürətlənməsi yolu ilə insan hüquqları siyasətinin yaxşılaşdırılması üçün bütün mümkün olanları edəcək. "Avropa sadəcə çinlilərin bir hissəsini dəstəkləmək istədiyi halda, Çinin insan hüquqlarının vəziyyətinin yaxşılaşmasına yönəlmiş bütün səylərini heçə endirəcək. Belə ki, bununla Çinin vətəndaşları arasında parçalanmaya nail olacaq və ölkədəki iqtisadi inkişaf prosesini destabilləşdirəcə",- ekspert hesab edir.

Onun rəyinə görə, Avropalılar Çində baş verənlər haqqında çox şeyi bilməli və onların ölkədəki insan hüquqları problemləri ilə bağlı "səmimi narahatlıqlarının" nəticələrinə yenidən nəzər salmalıdırlar. Politoloq bildirib ki, avropalılar Çində insan hüquqları probleminin mahiyyətini anladıqları halda, Çin hökumətinə başqa cür baxacaqlar.

ÇXR-in Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR) partiya komitəsi katibi Van Leçyuan martda bildirib ki, Çindəki müsəlman qruplaşmaları "Şərqi Türküstanın İslam Hərəkatı" təşkilatı tərəfindən yardım və hazırlığa arxalanaraq terrorçuluq fəaliyyəti göstərirlər. Bu barədə İslam.ru sayı məlumat yayıb. "Bu təşkilat bütün dünyada hamı tərəfindən terrorçuluq fəaliyyəti göstərən təşkilat kimi tanınır. Bu insanlar özləri partlayıcı və silah hazırlayırlar", - o qeyd edib.

"Biz bu zərərli qüvvələrə qarşı mübarizəni heç vaxt zəiflətməyəcəyik, - SUMR silahlı milisinin siyasi komissarı Hou Xyaoqin (Hou Xiaoqin) bildirib. - Terroçuluq və separatçılıqla döyüşlərin ön xəttində dayanan Sintszyandakı antiterror mübarizəsi bütün ölkənin sabitliyi üçün həlledici əhəmiyyətə malikdir".

Uyğurlar islama etiqad göstərən türk mənşəli xalqdır. Uyğur dilinin daşıyıcıları Çinin Sintszyan-Uyğur Muxtar Rayonun yerli əhalisidir. Onların ümumi sayı təqribən 20 mln. nəfərdir. Lakin, Sintszyan-Uyğur rayonunda təqribən 11 mln. nəfər yaşayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti