Azərbaycan, Bakı,06 may / Trend / Prezident İlham Əliyev çərşənbə axşamı Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub göndərib. Prezident Əliyev ümidvar oldüğunu bildirib ki, konfransda demokratiya və sabitlik mövzusunda səmərəli fikir mübadiləsi aparılacaq, beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanlar lazımınca dəyərləndirəcək.