...

Azərbaycan və ABŞ birgə hərbi təlimlərin keçirilməsi üzrə əməkdaşlığı gücləndirmək niyyətindədir

Siyasət Materials 12 May 2008 17:34 (UTC +04:00)

Azərbaycan və ABŞ birgə hərbi təlimlərin keçirilməsi üzrə əməkdaşlığı gücləndirmək, o cümlədən onlara quru qoşunlarını da cəlb etmək niyyətindədir. "İnterfaks"ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib.

" Sinxua "nın verdiyi xəbərə görə, o qeyd edib ki, hər iki tərəfin bununla əlaqədar təklifləri var və bu təkliflər hazırda razılaşdırma mərhələsindədir.

Əbiyevin sözlərinə görə, ABŞ ilə hərbi təlimlər olduqca fəal keçirilir və bu təlimlərə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanması cəlb edilir.

Son təlimlər bir neçə ay bundan əvvəl Xəzərdə keçirilib. Lakin müdafiə sahəsində birgə təlimlərin əksəriyyəti Türkiyə ilə keçirilir. İki ölkə dəfələrlə birgə təlimlər həyata keçirib, o cümlədən Azərbaycan ərazisində.

Xəbər lenti

Xəbər lenti