Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir A.Qasımova, E.Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyevin Finlandiyaya rəsmi səfərinə hazırlıq aparılır. Bu barədə Trend -a Finlandiya prezidentinin mətbuat xidmətindən məlumat veriblər.
Səfər mayın sonuna planlaşdırılır. Lakin, bu səfərin qəti tarixi və gündəliyi hələ təsdiq edilməyib. Bu barədə çərşənbə axşamı telefonla Helsinkidən, mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətində yaxın günlərdə səfərin tarixinin müəyyən ediləcəyi və onun proqramı üzərində işlərin başlayacağını qeyd ediblər.
Əvvəllər, Finlandiya parlamentinin xarici əlaqələr üzrə komitəsinin sədri Peretti Salolainen Azərbaycan KİV-ə müsahibəsində bildirib ki, səfər zamanı müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafı müzakirə ediləcək.Salolainenin sözlərinə görə, ölkələr arasında indiyədək sıx əməkdaşlığın müşahidə olunmamasına baxmayaraq, Finlandiya əməkdaşlıqda maraqlıdır. "Düşünürəm ki, qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlığın inkişafına yardım edəcək", - o bildirib.