...

Rusiya–Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi qarşılıqlı güzəştlə həyata keçirilməlidir-Dövlət Dumasının sədri (video)

Siyasət Materials 13 May 2008 18:29 (UTC +04:00)
Rusiya–Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi qarşılıqlı güzəştlə həyata keçirilməlidir-Dövlət Dumasının sədri (video)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir İ.Əlizadə/ Rusiya parlamentinin Aşağı Palatası - Dövlət Dumasının sədri Boris Qrızlov hesab edir ki, Rusiya-Azərbaycan sərhədlərinin müəyyinləşdirilməsi qarşılıqlı güzəştlə həyata keçirilməlidir. "Rusiya - Azərbaycan sərhədlərinin böyük bir hissəsi dəqiqləşdirilib. Qalan hissələrin dəqiqləşdirilməsində qarşılıqlı güzəştlər olmalıdır"- çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov bildirib.

Rusiya-Azərbaycan sərhədlərinin 90-95 faizi müəyyənləşdirilib. Ölkələr arasında razılaşdırılmamış 3 sərhəd ərazisi qalıb.

Qrızlov çərşənbə axşamı Azərbaycana bir günlük səfərə gəlib. O, səfər çərçivəsində prezident İlham Əliyev, Baş nazir Artur Rəsizadə, parlamentin sədri Oqtay Əsədovla görüşüb.

Dövlət Dumasının sədri hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsinə hər iki parlamentin nümayəndələri də qoşulmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti