...

Naxçıvanda 10 nəfər Böyük Vətən Müharibəsi əlilinə "Oka" avtomobili verilib

Siyasət Materials 15 May 2008 08:43 (UTC +04:00)

Azərbaycan , Naxçıvan, 15 may / Trend  müxbir E. Məmmədov / Naxçıvanda 10 nəfər Böyük Vətən Müharibəsi əlilinə "Oka" markalı avtomobil verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, dövlət tərəfindən müharibə əlillərinə və veteranlara daim diqqət göstərilir.

Bunun nəticəsidir ki, ölkə başçısı İlham Əliyevin 6 may 2008-ci il tarixli sərəncamına uyğun olaraq muxtar respublikada 3732 nəfərə birdəfəlik maddi yardım verilib ki, onların da  277 nəfəri Böyük Vətən Müharibəsi əlilidir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın ayrı-ayrı rayonlarından gələn əlillərlə görüşüb və onlardan 10 nəfərə "Oka"  markalı avtomobilin açarlarını təqdim edib.

Xəbər lenti

Xəbər lenti