...

Rəsmi Bakı ləzgilərin Azərbaycana qarşı ərazi iddialarını araşdırır

Siyasət Materials 15 May 2008 13:32 (UTC +04:00)
Rəsmi Bakı ləzgilərin Azərbaycana qarşı ərazi iddialarını araşdırır

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Rusiyadakı səfirliyinin rəhbərliyi Moskvada keçirilən "Qafqaz albanları və ləzgilər" adlı konfransda Azərbaycana qarşı ərazi iddialarının səsləndirilib-səsləndirilmədiyini araşdırmağa başlayıb. "Konfransda Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı fikir səslənibsə, adekvat addımlar atılacaq", cümə axşamı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim jurnalistlərə deyib.

Mayın 14-də RF prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının və Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə Moskvada "Qafqaz Albaniyası və ləzgi xalqları: tarixi-mədəni irs və müasirlik" beynəlxalq simpoziumu keçirilib. Azərbaycan tərəfinin iştirakdan imtina etdiyi tədbir çərçivəsində, ləzgilərin Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən ədəbiyyat yayılıb.

İbrahim bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünə qarşı istənilən addımı dəf etməyə hazırdır və bu iş uğurla həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti