...

Nüvə İranı Yaxın Şərqdəki geosiyasi vəziyyəti tamamilə dəyişəcək – İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri

Siyasət Materials 15 May 2008 19:35 (UTC +04:00)

İsrail, Qüds, 15 may/ Trend müxbir R.Abdullayev/ İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Aaron Zeevi-Farkaş beynəxalq ictimaiyyəti İranın nüvə silahı əldə etməsinə yol verməməyə çağırır. "Dünya ictimaiyyəti nüvə İranının yaranmasının qarşısını almalıdır", - Zeevi-Farkaş cümə axşamı ekslklüziv olaraq Trend -a bildirib.

BMT Təhlükəsizlik Şurası Tehranın nüvə silahı yaratmaq niyyətində olduğundan şübhələnərək ,son iki il ərzində uranın zənginləşdirilməsi proqramını dondurmaq tələbi ilə İranın ünvanına üç Qətnamə qəbul edib. Tehran özünün nüvə proqramının dinc xarakterli olmasını bəyan edərək, TŞ-nin sanksiyalarına etiraz edir və proqramın reallaşdırılmasını davam etdirir.

"Nüvə İranı Yaxın Şərqdəki geosiyasi vəziyyəti və beynəxalq münasibətlər sistemindəki, demək olar ki, bütün vəziyyəti tamamilə dəyişəcək", - general-leytenant Zeevi-Farkaş hesab edir.

Onun rəyinə görə, radikal fundamentalçıların təsirinin gücləndiyi Misir və İordaniyadakı mülayim ərəb rejimlərinin siyasi gələcəyinə dair problemlər İsraildə xüsusi narahatlıq doğurur.

İsrail generalının sözlərinə görə, İran Suriya və Livandakı "Hizbullah" vasitəsilə ərəb dünyasını parçalayıb. "Bu gün ərəb dünyasını qeyri-ərəb regional dövlət idarə edir", - İsrail generalı bildirib.

ABŞ-ın keçmiş dövlət başçısı Henri Kissincer bu yaxınlarda Trend -a bildirib ki, "İran nüvə dövləti olarsa, nüvə silahı Yaxın Şərqin bir çox fundamental rejimlərinə yayılacaq". Kissincer əlavə edib ki, nüvə İranı təhlükəsi yalnız İsrailin milli təhlükəsizliyinə deyil, bütün beynəxalq və dünya təhlükəsizlik sisteminin həyat fəaliyyətinə təhlükədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti