...

Azərbaycan Xəzəryanı ölkələrin Parlament Assambleyasının yaradılması təklifini dəstəkləyir

Siyasət Materials 23 May 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Xəzəryanı ölkələrin Parlament Assambleyasının yaradılmasını mümkün hesab edir: "Həm Qara dəniz ətrafında, həm də digər bölgələrdə parlament assambleyaları yaradılıb və Azərbaycan da mümkün qədər bü təşkilatların üzvü olmağa çalışır", deyə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova bildirib.

Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov ötən həftə Azərbaycana səfər edib. O, Azərbaycan rəhbərliyi ilə Xəzəryanı ölkələrin Parlament Assambleyasının yaradılması məsələsini müzakirə edib.

"Rusiya Xəzəryanı ölkələrin Parlament Assambleyasının yaradılması təklifini irəli sürməklə, bunu Xəzər bölgəsində əməkdaşlığın yeni bir forması kimi görür. Hesab edirəm ki, gələcəkdə Xəzəryanı ölkələrin Parlament Assambleyası yaradıla bilər və bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdırmaq məqsədi daşıyır", deyə Muradova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti