Gürcüstan, Tbilisi, 23 may / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvili müxalifətin parlament seçkilərilə bağlı saxtalaşdırılma ittihamlarını qəbul etmir. "Seçkilərin şəffaflığı əvvəllər olmadığı dərəcədə təmin olunub", - Gürcüstan MSK-nın başçısı Tarxnişvili cümə günü Trend -a bildirib.
"Jurnalist və müşahidəçilər məntəqə və dairə komissiyalarının məlumatlarının MSK-ya necə daxil olduğunu birbaşa yayımda izləyirdilər", - Tarxnişvili bəyan edib.
Onun sözlərinə görə, parlament seçkiləri prezident seçkilərilə müqayisədə daha təşkilatlı və şəffaf keçirilib. "Prezident seçkilərindən sonra texniki bazanın təkmilləşdirilməsi üçün çox işlər görülüb, həmçinin seçki komissiyaları üzvlərinin tədrisi üçün bir çox treninqlər keçirilib", - o bildirib.
"Doğrudur, ayrı-ayrı qanun pozuntuları olub, lakin 30 məntəqədə müşahidə olunan qanun pozuntuları 3 mindən çox seçki məntəqəsi ilə müqayisədə əhəmiyyətsizdir və seçkilərin ümumi nəticələrinə təsir göstərməyəcək", - o əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]