Azərbaycan, Bakı, 05 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı İran İslam Respublikası xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.