...

OPEK 2008-ci ildə dünyada neftə tələbatın artımı üzrə proqnozu sutkada 60 min barel azaldıb

Siyasət Materials 17 İyun 2008 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir A.Bədəlova/ 2008-ci ildə dünyada neftə tələbat, 2007-ci illə müqayisədə, sutkada 1,1 mln. barel - 86,88 mln. barelədək artacaq, OPEK-in iyun məruzəsində bildirilir. Məruzə kartelin rəsmi saytında yerləşdirilib. Əvvəllər kartel dünya tələbatının sutkada 1,16 mln. barel artacağını proqnozlaşdırıb.

OPEK-in məlumatlarına əsasən, 2008-ci ildə İƏİT ölkələrində neftə tələbat sutkada 0,1 mln. barel - 48,98 mln. barelədək azalacaq.

2008-ci ildə OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü sutkada 49,43 mln. barelə qarşı 0,69 mln. barel - sutkada 50,13 mln. barelədək artacaq.

İƏİT ölkələri 2007-ci ildə sutkada 20,16 mln. barelə qarşı 2008-ci ildə sutkada 19,87 mln. barel tədarük edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti