...

AŞPA-nın həmməruzəçiləri Azərbaycanla bağlı müzakirələrdən razı qalıblar

Siyasət Materials 24 İyun 2008 17:01 (UTC +04:00)
AŞPA-nın həmməruzəçiləri Azərbaycanla bağlı müzakirələrdən razı qalıblar

Fransa, Strasburq, 24 iyun/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri qurumun sessiyasında "Azərbaycanda seçki öncəsi demokratik təsisatların vəziyyəti" adlı Qətnamənin müzakirəsindən razı qalıblar. "Ümumilikdə müzakirələrin gedişindən çox razı qaldım. Ürəkaçan haldır ki, bu dəfə bizim hesabatımız dinlənilərkən, parlamentarilərin əksəriyyəti zalda idi", - deyə müzakirələrdən sonra jurnalistlərə açıqlamasında həmməruzəçi Andres Herkel bildirib.

Trend -un məlumatına görə, AŞPA-nın çərşənbə axşamı keçirilən iclasında Azərbaycanla bağlı 11627 saylı Qətnamə qəbul olunub.

"Bugünkü müzakirələr zamanı Qətnamənin ayrı-ayrı bəndləri və bütövlükdə sənədə dair fərqli fikirlərin səslənməsi normal haldır. Əlbəttə, mən bütün deyilənlərlə razı deyildim, bu da normal haldir", - deyə Herkel əlavə edib.

Həmməruzəçi hesab edir ki, Azərbaycanda prezident seçkilərinədək bir çox işlər görülməlidir ; müəyyən problemlər hələ də qalmaqdadır. AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Yevgeni Jivkova isə, bildirib ki, təqdim etdikləri hesabat çox obyektiv və balanslaşdırılmış sənəddir:

"Bir məsələni qeyd etmək istərdim ki, humanitar baxımdan dörd məhbusun azadlığa buraxılması məqsədəuyğundur. Ümid edirik ki, bu, baş verəcək. İnanıram ki, bundan sonra da biz Azərbaycanla çox yaxşı işləyəcəyik", - deyə Jivkova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti