...

Azərbaycanın müxalifət partiyası seçkini boykot etməsini müzakirəyə çıxara bilər

Siyasət Materials 30 İyun 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Müsavat Partiyasının Məclisi partiyanın oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etməsi haqda qərara yenidən baxacaq. "Məclisin avqust ayının əvvəllərində keçirilcək iclasında Müsavat Patiyasının prezident seçkilərində iştrak edib-etməməsinə dair yekun qərar veriləcək", - deyə bazar ertəsi Trend -a Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Sağ mərkəzçi Müsavat Partiyasının Məclisi 2007-ci ilin sonunda prezident seçkisində iştirak etmək haqda qərar qəbul edib. Məclis partiya başqanı İsa Qəmbərin namizədliyini irəli sürüb.

Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olunduqdan sonra Müsavat Partiyasının rəhbərliyində prezident seçkisində iştirak etməklə bağlı tərəddüd yaranıb.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Məclis sədri qeyd edib ki, Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olunduqdan sonra yeni siyasi şərait yaranıb və Müsavat Partiyasında yeni siyasi şəraitdə hansı addımın atılması ilə bağlı müzakirələr aparılır.

"Müsavat Partiyası yaranımış həssas və mürəkkəb şəraitdə siyasi yanlışlığa yol vermək istəmir. Ona görə də partiyanın bütün strukturları prezident seçkilərində iştirak edib-etməməklə bağlı məsələnin müzakirəsinə cəlb olunub. Əsas müzakirələr isə Divanda aparılır. Bu müzakirələr başa çatandan sonra Məclis yekun qərar verəcək", - deyə Əkbər əlavə edib.

Onun fikrincə, Müsavat Partiyası prezident seçkiləri ilə bağlı bir neçə pis variantdan ən yaxşısını seçmək məcburiyyəti qarşısında qalıb: "Məclis prezident seçkilərində iştirak etmək haqda qərar qəbul edərkən boykot məsələsini də istisna etməyib. İndi biz pis variantlar arasında seçim etməliyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti