...

Qəbələ RLS Çexiya RƏM sistemi üçün yararlı ola bilər – XİN başçısı (video)

Siyasət Materials 4 İyul 2008 15:13 (UTC +04:00)
Qəbələ RLS Çexiya RƏM sistemi üçün yararlı ola bilər – XİN başçısı (video)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir S.Ağayeva/ Qəbələ Radiolokasiya Stansiyası (RLS) Çexiya Respublikasının Raket Əleyhinə Müdafiə Sistemi (RƏM) üçün yararlı ola bilər. Bu barədə cümə günü Bakıda jurnalistlərə Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bildirib.

"Bizdə olan məlumatlara görə, Qəbələ RLS-dəki texnika bir qədər köhnəlib və yenilənməyə ehtiyacı var. Bu texnika yenisi ilə əvəz olunarsa, onun qiyməti artacaq", - deyə Şvartsenberq vurğulayıb. Çexiyanın XİN başçısı hesab edir ki, Qəbələ RLS-in gələcək taleyini Azərbaycan və hazırda bu stansiyanı icarəyə götürən Rusiya müəyyən edə bilər və onun gələcəkdə istifadəsinə dair son söz onlarındır.

Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəblə RLS- Sovet dövründə SSRİ-nin raket əlayehinə müdafiə sisteminin mühüm elementlərindən biri kimi tikilib. Azərbaycanın müstəqillik əldə etməsindən və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı bütün dəyişikliklərə baxmayaraq stansiyanın istifadəsini davam etdirirdi.

RLS-in on illik istifadəsinə dair müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS-lə bağlı məsələ dəfələrlə daxili siyasi müzakirələrin mövzusuna çevrilib, o cümlədən də Azərbaycan parlamentində. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-dən istifadəyə görə icarə haqqının iki dəfə - 7 mln. dollardan 14,4 mln. dollara qədər artırılması barədə məsələ qaldırıb.

Xəbər lenti

Xəbər lenti