...

Fransa Aİ-nin yeni sədri qismində Rusiya- Aİ münasibətlərinin yaxşılaşmasına kömək edəcək – Fransa prezidenti

Siyasət Materials 10 İyul 2008 18:34 (UTC +04:00)
Fransa Aİ-nin yeni sədri qismində Rusiya- Aİ münasibətlərinin yaxşılaşmasına kömək edəcək – Fransa prezidenti

Azərbaycan, Bakı 10 iyul / Trend , V.Javoronkova/ Fransa prezidenti Nikolya Sarkozi hesab edir ki, Fransa Avropa İttifaqının yeni sədri kimi Rusiya ilə Aİ arasındakı münasibətlərin yaxşılaşmasına öz töhfəsini verəcək.

"Fransa, Aİ-nin yeni sədri kimi, Rusiya ilə Aİ arasındakı münasibətlərin yaxşılaşması istiqamətində fəaliyyət göstərməlidir", - deyə cümə axşamı Strasburqda keçirilən brifinqdə Fransa prezidenti Nikolya Sarkozi bildirib.

Prezident RF prezidenti Dmitri Medvedyevin ümumavropa təhlükəsizlik sisteminin yaradılması ideyasını da dəstəkləyir. ABŞ -ın Çexiyada RƏM sistemiləri yerləşdirməsi ilə bağlı prezident qeyd edib ki, hər bir ölkənin öz ərazilərində hərbi obyektlərin yerləşdirilib-yerləşdirilməməsinə dair sərbəst qərar qəbul etmək hüququ var.

"Hər bir qərar danışıqlar yolu ilə əladə olunmalıdır, bu bizim ümumi baxışlarımızın və məqsədlərimizin aydınlaşmasına imkan yaradar. Hər ehtimala qarşı, mən Şura sədri kimi həmsöhbətlərimin mümkün qədər çox olmasına üstünlük verirəm", - deyə prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti