...

Bakı və Tbilisi ÜTT ilə bağlı razılığa gəliblər - Danışıqlar qrupunun rəhbəri

Siyasət Materials 15 İyul 2008 12:28 (UTC +04:00)
Bakı və Tbilisi ÜTT ilə bağlı razılığa gəliblər - Danışıqlar qrupunun rəhbəri

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Əliyev/Bakı və Tbilisi Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması üzrə razılaşma imzalamağa hazırdır.

"Razılaşdırılmış protokol ilk əlverişli imkan yarandıqda və ya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında, yaxud Gürcüstan və Azərbaycan iqtisadi inkişaf nazirlərinin görüşü zamanı imzalanacaq", - çərşənbə axşamı   Trend -a Azərbaycanın ÜTT-yə qəbul olunması üzrə Danışıqlar qrupunun  rəhbəri Mahmud Məmmədquliyev deyib.

Bu məsələ üzrə Gürcüstan və Azərbaycan arasında danışıqlar bir ildir ki, uzanır və əvvəllər tərəflərin bəyan etdiyi kimi, gömrük-buraxılış məntəqələri və Azərbaycan bazarında gürcü mallarının müdafiəsi məsələlərinə dair bir neçə razılaşdırılmamış məqamlar mövcud olub.

Azərbaycan artıq Oman və BƏƏ ilə üzvlük şərtləri üzrə aparılan danışıqların nəticələri barədə

protokol imzalayıb. İlk oxşar protokol 2007-ci ildə Türkiyə ilə imzalanıb. "Qırğızstan və Moldova ilə də üzvlük üzrə danışıqlar başa çatıb və bu ölkələrlə protokolların imzalanması gözlənilir", - nazir müavini deyib.

ABŞ, Avropa İttifaqı ilə danışıqlar davam etdirilir və gələn ilin əvvəlində Yaponiya, Kanada, Cənubi Koreya, Hindistan, Norveç, Şri-Lanka və Ekvadorla ikitərəfli görüşlərin keçirilməsi nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti