...

Azərbaycan hərbçiləri beynəlxalq hərbi tədbirlərdə iştirak edəcək

Siyasət Materials 21 İyul 2008 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq hərbi tədbirlərdə iştirak edəcəklər.

Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, Azərbaycan hərbçiləri iyulun 22-23-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Xorvatiyanın Karlovaç şəhərində "Təhlükəsizlik siyasəti və əməliyyat tələbləri" mövzusunda keçirlən seminarda iştirak edəcək.

İyulun 21-28-də Ali Hərbi Məktəbin kursantları Türkiyə ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, İzmirdə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin təlimlərinə, Ankarada isə iyulun 30-31-də "Qafqaz Qartalı" Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin Təliminin İlkin və Əasas Planlaşdırma Konfransına qatılacaqlar.

Hərbçilərimiz iyulun 22-dən avqustun 30-dək ABŞ-la Azərbaycan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bəhreyn şəhərində Bəhreyn Krallığının dənizdə qadağa fəaliyyəti üzrə gəmidə müşahidə tədbirində, iyulun 28-dən avqustun 1-dək Bakıda keçiriləcək "Sülhməramlı əməliyyatlar zamanı tibbi təminat" və "Birgə əməliyyat qrupunun təşkili və vəzifələri" mövzularındakı seminarlarda iştirak edəcəklər.

Azərbaycanla Litva arasındakı ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Vilnus şəhərində iyulun 28-dən dekabrın 21-dək "Beynəlxalq Kapitanlar" kursu keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri həmin kurslarda iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti