...

Livan prezidenti Dəməşqə tarixi səfər edəcək

Siyasət Materials 24 İyul 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend / Livan prezidenti Mişel Süleyman gələn şənbə Dəməşqə tarixi səfər edəcək. Bu barədə ərəb mənbələri Türkiyənin "TimeTurk" agentliyinə məlumat veriblər.

Livanın xarici işlər naziri Fauzi Saluh Qəsr qarşıdakı səfərin təfərrüatlarını müzakirə etmək üçün artıq Dəməşqə səfər edib.

Livan prezidentinin iqamətgahındakı mənbələr bildiriblər ki, səfər "bütün standartlara görə tarixi olacaq, belə ki, səfər çərçivəsində Livan və Suriya tərəfləri bütün məsələ və maraqları hərtərəfli nəzərdən keçirəcəklər". Rəsmi mənbələrin bildirdiyinə görə, səfər çox ehtimal ki, bir neçə gün davam edəcək.

Livandakı müşahidəçilər hesab edirlər ki, gələcəkdə Suriya və Livan prezidentlərinin görüşləri daha mütəmadi keçiriləcək. Belə ki, tərəflər arasında təcili həlli tələb olunan çox məsələlər qalıb.

Xəbər lenti

Xəbər lenti