...

Azərbaycanın gənclər hərəkatının fəalları İstanbuldakı terror aktını pisləyiblər

Siyasət Materials 29 İyul 2008 16:48 (UTC +04:00)
Azərbaycanın gənclər hərəkatının fəalları İstanbuldakı terror aktını pisləyiblər

Azərbaycan, Bakı, 29 iyul/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın "İrəli" ümumrespublika gənclər hərəkatının fəalları Türkiyədəki terror aktını pisləyiblər.

Bazar günü saat 21:45-də İstanbulda 10 dəqiqə fasilələrlə iki partlayış baş verib. Partlayışlar nəticəsində 16 nəfər həlak olub və 140-dan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb, Türkiyə KİV-ləri məlumatı verir.

Hərəkat fəallarının qrupu çərşənbə axşamı Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında toplaşıblar. Onlar mülki şəxslərə qarşı terror aktlarını pisləyən çağırışlar səsləndiriblər. Gənclər terrorla mübarizədə Azərbaycan və Türkiyəni səylərini birləşdirməyə çağırıblar.

"İrəli"nin fəalları səfirliyin çəpərinə gül dəstələri qoyub, İstanbuldakı terror aktı qurbanlarının xatirəsini yad ediblər. Polis gənclər hərəkatının aksiyasına mane olmağa çalışıb. Hazırda Türkiyənin Azərbaycandakı səfiri Xülusi Kılıc "İrəli"nin üzvlərini qəbul edir.

"İrəli" gənclər hərəkatı Azərbaycanın ali təhsil müəssisələrinin məzun və tələbələri tərəfindən 2007-ci ilin avqustunda təsis edilib. Hərəkatın 1000-dən çox üzvü və təqribən 3000 min tərəfdarı var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti