Azərbaycan, Bakı, 31iyul / Trend /Prezident İlham Əliyevin cümə axşamı imzaladığı sərəncamla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov "Şöhrət" ordeni ilə təltif edilib.O, bu yüksək təltifə ölkənin məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə layiq görülüb.