...

Azərbaycan idmançıları Pekinə böyük ümidlərlə gedir - Güləş Federasiyasının prezidenti (video)

Siyasət Materials 6 Avqust 2008 09:19 (UTC +04:00)
Azərbaycan idmançıları Pekinə böyük ümidlərlə gedir - Güləş Federasiyasının prezidenti (video)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın Güləş Federasiyasının (AGF) prezidenti və vergilər naziri Fazil Məmmədov hesab edir ki, Pekin Olimpiadasında uğur qazanmaq üçün idmançıların psixoloji hazırlığı yüksək səviyyədə olmalıdır. "Güləşçilərimiz söz veriblər ki, Olimpiadada uğur qazanmaq üçün var gücləri ilə mübarizə aparacaqlar. Pekinə böyük ümidlərlə gedirik. İnanırıq ki, Olimpiadada yaxşı nəticələr qazanacağıq", çərşənbə günü Pekin Olimpiadasında iştirak edəcək idmançıların yola salınma mərasimində jurnalistlərlə görüşündə Məmmədov deyib.

Azərbaycanı Pekin Olimpiadasında 44 idmançı təmsil edəcək. Olimpiadada uğur qazanan hər bir idmançı dövlət tərəfindən 400 min, Milli Olimpiya Komitəsi (MOK) tərəfindən 200 min manatla mükafatlandırılacaq.

Pekin Olimpiadası avqust ayının 8-də başlayacaq.

Olimpiadanın açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq güləşçi Fərid Mansurov isə bildirib ki, bu ada layiq görüldüyü üçün çox sevinib. "Olimpiadada Azərbaycanın bayrağını götürmək mənim üçün böyük şərəfdir. Çalışacağam ki, bu adı doğruldum", - deyə Mansurov əlavə edib.

Mansurov 2004-cü ildə Afinada keçirilən Olimpiadada qızıl medal qazanıb.

Azərbaycanı Olimpiadada təmsil edəcək idmançılarla yanaşı, Pekinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, vergilər naziri Fazil Məmmədov və digər rəsmi şəxslər də yola düşüb.

Xəbər lenti

Xəbər lenti