...

Azərbaycanda Gürcüstana informasiya dəstəyi Mərkəzi yaradılıb

Siyasət Materials 19 Avqust 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust/ ТrendNews, müxbir C.Babayeva/ Azərbaycanda Gürcüstana informasiya dəstəyi Mərkəzi yaradılıb. Mərkəz "Dalğa", HVA, "Ol", "AN", "YATA", "FACE" gənclər təşkilatlarının və  Helsinki Vətəndaş Assambleyasının təşəbbüsü ilə yaradılıb, - çərşənbə axşamı Helsinki Vətəndaş Assambleyasının Bakı ofisindən bildiriblər.

Strukturun yaradılmasında məqsəd - Gürcüstandan  alınan məlumatları koordinasiya edərək, ictimaiyyətə, beynəlxalq təşkilatlara çatdırmaqdır.   

Mərkəz təşəbbüskarlarının fikrincə, Gürcüstan informasiya blokadasındadır və Rusiya  əlində olan informasiya kanalları vasitəsilə birtərəfli məlumatlar yayır ki, bu da gürcü-osetin münaqişəsi haqqında yanlış fikirlər yaradır.

24 saat fəaliyyət göstərəcək Mərkəzin başlıca vəzifəsi, Gürcüstandakı mənbələrdən, vətəndaş cəmiyyətinin nümayəndələrindən məlumatların toplanması və onların xarici dillərə tərcümə edilərək, xarici informasiya agentliklərinə və QHT-lərə çatdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti