...

Gürcüstanın MDB - dən çıxmasına dair məsələ təşkilatın növbəti sammitinin gündəliyinə daxil edilməyib

Siyasət Materials 29 Avqust 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust/ Trend , müxbir R.Novruzov/ Gürcüstanın MDB - dən çıxmasına dair məsələ təşkilatın oktyabrın 10 - də Bişkekdə keçirilməsi planlaşdırılan növbəti sammitinin gündəliyinə hələ daxil edilməyib. "Gündəlik layihəsi artıq hazırlanıb. Lakin bu məsələ Birliyə üzv dövlət başçılarının müzakirə edəcəyi siyahıya hələ daxil deyil", - MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin rəhbəri Sergey Suntsov cümə günü Moskvadan telefonla Trend -a bildirib.

Gürcüstan Cənubi Osetiya və Abxaziyanı dəstəkləyən Rusiyanın hərəkətlərinə cavab olaraq, MDB- dən çıxdığını bəyan edib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12- də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.Avqustun 26 - da Medvedyev Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

"Bu, gündəlik layihəsinin son variantı deyil və o, yenidən işləniləcək", - Suntsov bildirib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, dövlət başçıları 2010 - cu ilədək MDB- nin strategiyası, energetika sahəsində əməkdaşlıq planı, sərhədyanı əməkdaşlıq haqqında Konvensiya və bir sıra digər işgüzar məsələləri müzakirə edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti