...

Suriyanın xarici siyasətinin başlıca məqsədi Yaxın Şərqdə vəziyyətin sabitləşdirməkdir – prezident

Siyasət Materials 4 Sentyabr 2008 15:27 (UTC +04:00)
Suriyanın xarici siyasətinin başlıca məqsədi Yaxın Şərqdə vəziyyətin sabitləşdirməkdir – prezident

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend / Yaxın Şərqdə sülh məsələsi, həmçinin İranın nüvə probleminin dinc həll yoları Dəməşq sammitinin başlıca məqsədidir. Suriya prezidenti Bəşər Əsəd mətbuat konfransı zamanı bəyan edib ki, Türkiyə və Qətər, həmçinin Aİ tərəfdən Fransa İsraillə münasibətlərin tənzimlənməsində Suriya və digər ərəb dövlətlərinə yardım göstərməyə hazır yeganə ölkələrdir, Aljazeera xəbər verir.

"Biz dolayısıyla Suriya-İsrail danışıqlarında Türkiyənin iştirakını dəstəkləmişik və hesab edirik ki, bu məsələdə Ankaranın rolu çox vacibdir. Bununla əlaqədar, Fransa və Qətər kimi digər ölkələr bu məsələdə bizə kömək etməyə hazırdırlarsa, Suriya daim bunu dəstəkləyəcək", - Əsəd bəyan edib.

O həmçinin əlavə edib ki, Yaxın Şərqdə barışıq adi sənəd olmayıb, regionda düşmənçilik edən xalqlar arasında sülh deməkdir.

"Suriya Livan xalqı ilə tam razılıq əldə edə bildi və bunun sayəsində Livan-Suriya münasibətlərindəki fikir ayrılıqları aradan qaldırılıb", - Suriya rəhbəri bəyan edib.

Onun sözlərinə görə, Fransa bu məsələdə vacib rol oynayıb. İranın nüvə probleminin nizamlanmasına gəldikdə isə, Əsədin bəyanatına əsasən, Suriya bu məsələnin dinc yolla həllinə yardım edə biləcək yeganə ölkədir.

"Biz ümid edirik ki, İran hökuməti ilə nüvə proqramı ətrafında danışıqlarımız Avropa üçün faydalı olacaq", - Əsəd bildirib.

"ABŞ-ın Yaxın Şərqdəki rolu, həmçinin Amerikanın danışıqlar prosesində iştirakı heç bir nəticə verməyib və bununla əlaqədar ABŞ ərəb dövlətlərinin maraqlarına etinasızlıq göstərərək, əvvəldən İsraili dəstəkləyib", - Əsəd bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar ABŞ-ın vasitəçiliyi yalnız Ağ Ev hökuməti dəyişdikdən sonra kömək edə bilər.

Sammit zamanı Suriya prezidenti bəyan edib ki, Qətər, Türkiyə və Fransanın Yaxın Şərqdəki sülh prosesinə qoşulması köhnə vasitəçilərin - məsələn Misirin bu prosesdən çıxması demək deyil.

"Suriya Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə can atır və Dəməşq onun maraqlarını dəstəkləyən bütün ölkələrlə münasibət qurmağa hazırdır", - Əsəd bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti