...

ABŞ vitse-prezidenti Ukraynaya yola düşüb

Siyasət Materials 4 Sentyabr 2008 17:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ABŞ-ın vise-prezidenti Dik Çeyni Gürcüstanı tərk edib və onun təyyarəsi Kiyevə uçub.

Çeyni Tbilisidən yola düşməzdən əvvəl Alekseyevkada yerləşən hərbi aerodroma baş çəkib. Orada o, ABŞ-dan gəlmiş humanitar yükün Amerika HHQ-nin təyyarəsindən boşaldılması prosesini müşahidə edib.

ABŞ Gürcüstana 30 mln. dollar məbləğində humanitar yardım göstərib. Gürcüstana humanitar yardım hərbi təyyarələr və ABŞ HDD-nin hərbi gəmiləri ilə çatdırılır.

Alekseyevkaya getməzdən əvvəl Çeyninin şərəfinə "Kopala"restoranında nahar verilib. Nahara Gürcüstan parlamentinin sədri David Bakradze də dəvət olunub. O, Vaşinqtonun Tbilisyə göstərdiyi yardımı yüksək qiymətləndirib.

ABŞ vitse-prezidenti Tbilisiyə cümə axşamı Moskva vaxtilə saat 11.00-da gəlib və 15.00 - da yola düşüb.

Xəbər lenti

Xəbər lenti