...

Azərbaycan parlamentinin sədri bölgədə seperatçılıq hallarının genişlənməsinə görə beynəlxalq təşkilatları ittiham edib

Siyasət Materials 5 Sentyabr 2008 14:00 (UTC +04:00)
Azərbaycan parlamentinin sədri bölgədə seperatçılıq hallarının genişlənməsinə görə beynəlxalq təşkilatları ittiham edib

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Cənubi Qafqazda seperatçılıq hallarının genişlənməsinə görə beynəlxalq təşkilatları ittiham edib. "Bölgədə etnik separatçılıq hallarının genişlənməsinin əsas səbəbi bir sıra beynəlxalq təşkilatların məsələyə vaxtında kəskin münasibət bildirməməsidir", - deyə cümə günü Əsədov Azərbaycanda səfərdə olan Macarıstan parlameninin sədri Katalina Sili ilə görüşündə bildirib.

Trend -un arayışı: Keçmiş SSRİ-nin tərkibinə daxil olan üç ölkə - Azərbaycan, Gürcüstan və Moldovanın ərazisində etnik separatçılıq mövcuddur. Azərbaycan Dağlıq Qarabağ, Gürcüstan Abxaziya və Cənubi Osetiya, Moldova isə Dnestryanı bölgədə olan etnik separatçılıqdan əziyyət çəkir. Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün avqustun 8-də Cənubi Osetiyada əməliyyat keçirib. Rusiya buna cavab olaraq Gürcüstan ərazisinə daxil olub. Hazırda beynəlxalq ictimaiyyət buna görə yaranan böhranlı vəziyyəti həll etmək üçün cəhdlər göstərir.

"Ümid edirik ki, bundan sonra beynəlxalq təşkilatlar, o cümlədən Avrpopa İttifaqı və ona üzv olan Macarıstan etnik separatçılıq problemlərinin həllində rolunu artıracaq", - deyə Azərbaycan parlamentinin sədri əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır və "Nabuko" qaz xəttinin reallaşmasında müsbət rol oynayır.

Əsədov onu da qeyd edib ki, hazırda Azərbaycanla Macarıstan arasında dostluq əlaqələri mövcuddur. O bildirib ki, prezident İlham Əliyevin Macarıstana səfəri zamanı iki ölkə arasında 19 sənd imzalanıb və bu da əlaqələrin hüquqi bazasını yaradıb: "İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində parlamentlər də rolunu artırmalıdır".

Macarıstan parlamentinin sədri Sili isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

"Eyni zamanda, iki ölkənin iqtisadi əməkdaşlıq üzrə komissiyası fəallığını artırmalıdır ki, ticarətdə əlaqələr genişlənsin", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti