Azərbaycan, Bakı, 10 sentyabr / Trend / Türkiyə xarici işlər naziri Əli Babacan Kipr məsələsinin həllində adanın yunan və türk rəhbərliyinin ortaq məxrəcə gəldiyini bildirib.
Babacan Kipr məsələsinin həlli üçün Türkiyə rəhbərliyində siyasi iradə olduğunu vurğulayıb. Bu haqda Türkiyənin NTV kanalı məlumat verib.
"Sevinmək üçün səbəb çoxdur. Bu dəfə həm Türkiyədə, həm də Şimali Kipr Türk Cümhuriyyətində siyasi problemin həll olunması üçün iradə var. Tərəflərin mövqeyində yaxınlaşma hiss olunur", - deyə Babacan əlavə edib. XİN rəsmisi onu da əlavə edib ki, adanın yunan və türk rəhbərliyi problemin həllinə tam olaraq zəmanət verə bilməz.