...

Haaqa məhkəməsi Gürcüstanın Rusiyaya qarşı iddiası üzrə ilkin dinləmələri başa çatdırıb

Siyasət Materials 11 Sentyabr 2008 11:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Haaqa məhkəməsi yaxın günlərdə Gürcüstanın Rusiyaya qarşı iddiası üzrə qərar qəbul edəcək. Dünən iddianın qəbul ediləcəyini həll etməli olan Haaqa məhkəməsində ilkin dinləmələr başa çatıb.

Gürcüstan birinci mərhələdə gürcü-osetin və gürcü-abxaz münaqişə zonalarında etnik təmizləmələrin dayandırılmasını və məcəllənin 2 və 5-ci bəndləri üzrə irqi ayrı-seçkiliyə məruz qalan yerli gürcü əhalinin təhlükəsizliyinin təmin edilməsini istəyir.

Gürcüstan həmçinin etnik təmizləmə faktının tanınması və Rusiyanın hərbi müdaxiləsi nəticəsində zərər çəkmiş əhaliyə zərərin ödənilməsini tələb edir.

Gürcüstanın ədliyyə naziri Nika Qvaramiyanın bildirdiyinə görə, Rusiyanın nümayəndəsi həqiqəti təhrif edib. "Bu gün Rusiyanın nümayəndəsi bəyan edib ki, guya İnqursk postu gediş-gəliş üçün azaddır və istənilən vətəndaş heç bir məhdudiyyətsiz vətəninə qayıda bilər. Bu ağ yalandır. Bundan əlavə, onlar həmçinin bəyan ediblər ki, məsələn Axalqoriyə bu günədək ora buraxılmayan gürcü polisi nəzarət edir və belə yalanlar çox olub. Bu yalanları təkrar yoxlamaq olar və biz ümid edirik ki, məhkəmə Rusiya tərəfinin tez-tez yalan danışdığına əmin olacaq", - o bildirib.

Nazir əmindir ki, hüquq baxımından Gürcüstanın mövqeyi daha yaxşı arqumentləşdirilib və məhkəmənin qərarı obyektiv olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti