...

İranın XİN rəhbəri Moskvada səfərdədir

Siyasət Materials 12 Sentyabr 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı,12 sentyabr / Trend , T.Cəfərov / İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin başçılığı altında nümayəndə heyətinin cümə günü Moskvaya rəsmi səfəri başlayıb. Bu barədə İranın "İrna" agentliyi məlumat yayıb.

Müttəki birgünlük səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlərin müzakirəsi ehtimal olunur.

İran və Rusiya arasında əlaqələr son illər artan templə inkişaf etməkdədir. İki ölkə siyasi, iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti