...

Rusiyanın Dağlıq Qarabağ probleminə Gürcüstandakı kimi təsir rıçaqları yoxdur - ekspert

Siyasət Materials 13 Sentyabr 2008 00:20 (UTC +04:00)
Rusiyanın Dağlıq Qarabağ probleminə Gürcüstandakı kimi təsir rıçaqları yoxdur - ekspert

Rusiya, Moskva, 12 sentyabr / Trend müxbir R.Ağayev/ Rusiyanın Dağlıq Qarabağ probleminə Gürcüstandakı kimi təsir rıçaqları yoxdur. Bu məsələdə tamam fərqli durum hökm sürür. Bu sözləri Rusiya və MDB ölkələri proqramlarının direktoru, AB-Rusiya Forumunun koordinatoru, Almaniyanın xarici siyasət şurasının eksperti Aleksandr Rar Moskvada "Rusiya qaza basır!" adlı yeni kitabının təqdimatından sonra keçirilmiş brifinqdə Trend -un Moskvadakı xüsusi müxbirinin sualını cavablandırarkən deyib.

"Valday" diskussiya klubunun sessiyalarının daimi iştirakçısı olan kitab müəllifi həmçinin Rusiyanın yüksəkçinli nyüsmeykerləri ilə görüşlərindən təəssüratlarını bölüşüb. Konkret olaraq Rar klubun növbəti sessiyası çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov, baş nazir Vladimir Putin və prezident Dmitriy Medvedyevlə görüşüb.

Politoloqun fikrincə, Ermənistan-Azərbaycan münaqişəsi bölgəsində Türkiyə kimi önəmli dövlət tamamilə fərqli, xüsusi rol oynayır. Aleksandr Rar hesab edir ki, Qarabağ münaqişəsi kontekstində beynəlxalq mexanizmlər kifayət qədər möhkəmlənib və dünya ictimaiyyətinin bu münaqişəyə diqqəti Gürcüstandakı münaqişələrlə nisbətdə daha böyük olub. Ekspert həmçinin qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağla birbaşa sərhədi yoxdur.

Politoloq əlavə edib ki, hazırda belə bir təəssürat yaranır ki, güya indi Dağlıq Qarabağ münaqişəsinə maraq o qədər də böyük deyil. Halbuki eyni zamanda belə bir təəssürat var ki, bu münaqişə müxtəlif səbəblərə görə Dnestryanı münaqişəsi ilə birlikdə dondurulmuş vəziyyətdən çıxaraq qaynar nöqtəyə çevrilə bilər. "Burada artıq hərəkət belə bir nəticələrə gətirib çıxara bilər. Mütləq deyil ki, bu hərəkəti Rusiya ya Azərbaycan yaxud da digər münaqişə tərəfi etsin. Bu hərəkət tamamilə başqa bir oyunçudan gələ bilər", - deyə Rar vurğulayıb.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: trend

Xəbər lenti

Xəbər lenti