...

Gürcüstanın müdafiə infrastrukturuna 200 mln. dollar ziyan dəyib

Siyasət Materials 17 Sentyabr 2008 02:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend müxbir N.Kirtsxaliya/ Rusiya ilə münaqişə nəticəsində Gürcüstanın müdafiə infrastrukturuna təxminən 200 mln. ABŞ dolları ziyan dəyib, Gürcüstanın müdafiə naziri David Kezeraşvili çərşənbə axşamı Qoridə jurnalistlərə bəyan edib.

Nazirin sözlərinə görə, Rusiya işğalçıları Qori və Senaki bazaları ərazisindəki dağıdılmış binaları əvvəlcə minalayıb, sonra isə partladıblar. Gürcüstan ordusu canlı qüvvə baxımından 168 nəfər itki verib.

Xəbər lenti

Xəbər lenti