...

Azərbaycan Yaşıllar Partiyasının prezidentliyə namizədinin apellyasiya şikayəti təmin olunmayıb

Siyasət Materials 17 Sentyabr 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / , K.Zərbalıyeva/ Azərbaycanın Yaşıllar Partiyasının (AYP) apellyasiya şikayəti təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsində çərşənbə günü keçirilən prosesdə AYP-nin Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının ləğv olunması barədə şikayətinə baxılıb.

Trend - un arayışı: Azərbaycanın Yaşıllar Partiyası 2007- ci ildə yaradılıb.

AYP- ninAli Məclisi partiyanın prezident seçkilərinə öz namizədi ilə qatılması barədə qərar qəbul edib. Ali Məclisin qərarına əsasən, Partyanın sədri Mais Güləliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Partiya, namizədinin qeydə alınması üçün 44 mindən artıq imza toplayaraq, MSK-ya təqdim edib. MSK isə imzaları etibarsız hesab edərək, Güləliyevin namizədliyini qeydə almayıb.

AYP- dən Trend - a verilən məlumata görə, məhkəmə MSK- nın qərarını qüvvədə saxlayıb. Partiyadan bildirilib ki, bu qərardan Ali Məhkəməyə şikayət veriləcək.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti