...

Bakı sakinini boğaraq evindən pul oğurlayan qohumu tutulub

Siyasət Materials 20 Sentyabr 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 18, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Səbail rayonunda yaxın qohumunu boğduqdan sonra onun evindən oğurluq edən 39 yaşlı kişi tutulub.

Səbail rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 15 - də saat 22:00 radələrində Zərifə Əliyeva küçəsi, döngə 3, ev 8 ünvanın da yaşayan 71 yaşlı Laləzar Məmmədovanın yaşadığı ünvana gedən bacısı oğlu Elçin Yunis oğlu Cahidli onun başına torba keçirərək boğub. Sonra Cahidli evdən 140 manat pulu götürərək hadisə yerindən qaçıb.

Rayon Polis İdarəsindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində sentyabrın 19 - da Cahidli tutulub.Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti