Azərbaycan Pezidenti İlham Əliyev sentyabrın 22- də Prezident sarayında XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib.
Prezident İlham Əliyev XIII Pekin Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə idmançılara və onların məşqçilərinə pul mükafatları təqdim edib.