...

Gürcüstan və Ukrayna rəhbərləri ABŞ prezidentliyinə namizədlə görüşüblər

Siyasət Materials 25 Sentyabr 2008 14:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Nyu-Yorkda Ukrayna və Gürcüstan prezidentləri Viktor Yuşenko və Mixail Saakaşvilinin ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Con Makkeynlə görüşü keçirilib. Görüşdə respublikaçılardan vitse-prezidentliyə namizəd Sara Peylin də iştirak edib.

Gürcüstan prezidenti Rusiya təcavüzü qarşısında Gürcüstanı dəstəklədiyi üçün Makkeynə təşəkkür edib.

їBiz senatorun їbu gün hamımızın gürcü olmasıї sözünü həmişə xatırlayacağıq və buna görə ona minnətdarıqї, - Saakaşvili bildirib.

Prezident Gürcüstana göstərdikləri yardıma görə demokratlara da təşəkkür edərək, ABŞ vitse-prezidentliyinə namizəd Cozef Baydenin ağır günlərdə Tbilisidə olmasını və ölkəyə 1 milyon məbləğində yardım göstərilməsini hamıdan birinci təkif etməsini xatırladıb.

їBu ona işarədir ki, həm demokratlar və həm də respublikaçılar, deməli bütün Amerika xalqı Gürcüstanın demokratiya və azdlıq uğrunda mübarizəsini dəstəkləyirї, - Saakaşvili bəyan edib.

Görüşün yalnız birinci hissəsi açıq keçirilib.  

Xəbər lenti

Xəbər lenti