...

Ərəb ölkələrinin Fələstin problemində tutduğu fərqli mövqe fələstinlilərin müqavimət əzmini zəiflədir - Fələstin XİN - in rəhbəri

Siyasət Materials 7 Oktyabr 2008 10:41 (UTC +04:00)
Ərəb ölkələrinin Fələstin problemində tutduğu fərqli mövqe fələstinlilərin müqavimət əzmini zəiflədir - Fələstin XİN - in rəhbəri

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir.R.Hafizoğlu/ Fələstin Administrasiyasının xarici işlər naziri, HƏMAS təşkilatının lideri Mahmud Zahhar ilə Trend -un müsahibəsi

- Həmas təşkilatının bəzi qərb dövlətləri tərəfindən tanınmamasının əsas səbəblərindən biri  də taşkilatın terror qruplaşması kimi tanınması ilə bağlıdır. Sizcə, Israilə qarşı mübarizə metodu kimi daha sivil sayılan siyasi mübarizə metodundan istifadə etmək daha yaxşı olmazdımı ?

- Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, terrorun nə demək olduğu barədə beynəlxalq səviyyədə ümumi fikir mövcud deyil. Məhz bunun nəticəsidir ki, Birləşmiş Ştatlar terror məfhumunun məzmununun açıqlanması üçün Qahirədə beynəlxalq konfransın keçirilməsinə etiraz etmişdi. Eləcə də, terrora dair Amerikanın irəli sürdüyü ölçü və meyarlar terrorizm və azadlıq uğrunda mübarizə məfhumları arasında fərq qoyan tarixi təcrübə ilə ziddiyyət təşkil edir.

Fələstin xalqı işğala qarşı etirazını ifadə etmək üçün bütün dinc vasitələri sınaqdan çıxarıb və ilk etiraz aksiyaları dinc yürüş və etiraz çıxışlarından ibarət idi. İşğalçı sionizm isə bu dinc etirazlara qarşılıq olaraq yüzlərlə insanı deportasiya etdi, minlərlə günahsızı həbs etdi. Hazırda 11550 fələstinli hələ də həbsxanalardadır. Bu kimi addımlar fələstinliləri silahlı müqavimət göstərməyə məcbur etdi.

Fələstin Azadlıq Təşkilatı rəhbərliyi tərəfindən 1990-cı ildən indiyədək danışıqlar davam etdirilsə də, hələ də fələstinlilərin ən cüzi tələbi belə reallaşmayıb.

- Fələstin  Administrasiyasının prezidenti Mahmud Abbas özü dəfələrlə bildirib ki, İsrail ilə aparılan danışıqların heç bir nəticəsi yoxdur. Lakin buna baxmayaraq, o, yenə də danışıqların davam etdirilməsinin tərəfdarıdır. Hansı səbəbdən Fələstin Administrasiyası nəticəsiz olan danışıqları davam etdirməkdə davam edir? Həmas taşkilatını Fələstin probleminin həlli ilə bağlı hər hansı bir taklifi varmi ?

- Mahmud Abbasın danışıqları davam etdirməsinin əsas səbəbi Qərbin və Amerikanın regionda öz məqsədlərinin reallaşması üçün ona seçkilərdə göstərdiyi dəstəyin əvəzi ilə bağlıdır. Amerika üçün Oslo müqaviləsini imzalayan mərhum Yasir Ərəfatın yerinə Mahmud Abbasın keçməsi lazım idi. Abbas həmişə silahlı müqavimətin əleyhinə olub. Bunun nəticəsində də FƏTH təşkilatı 2006-cı ilin yanvarında keçirilən seçkidə məğlub oldu. Həmas təşkilatı Fələstin probleminin həlli üçün Milli Hökumətin yaradılmasının tərəfdarıdır.

- Israil tərəfi sülh danışıqlarının səmərəsiz  olmasının  əsas səbəbini Fələstində vahid hökumətin  olmaması ilə  əsaslandırır. Bu iddianın ortadan  qaldırılması və sülh  danışıqlarının  səmərəli olması üçün  Fələstində koalisiya hökumətinin yaradılmasına ehtiyac varmı?

- İsrailin iddiaları əsassızdır. Biz onların bu iddialarını ortadan qaldırmaq üçün bir çox addımlar atmışıq. Həmas koalisiya hökumətinin yaradılmasına nəticəsiz sülh danışıqlarının davam etdirirlməsi üçün yox, Fələstinin daxili vəziyyətinin yaxşılaşdırılması, sionist işğalının boykot və talanlarla dağıtdığını bərpa etmək üçün razılıq verib.

- İsrail hökumətində baş vermiş siyasi böhrandan sonra Tsipi Livninin  Baş nazir seçilmək ehtimalı günbəgün artmaqdadır. Sizcə, Livninin  Baş nazir seçilməsi İsrail-Fələstin sülh danışıqlarında nə kimi dönüş yarada bilər?

- Tsipi Livninin Kadimanın rəhbəri seçilməsi ilə bu vaxta qədər heç bir nəticə verməyən boş və faydasız danışıqlar yenidən davam edəcək. Livninin seçilməsində fələstinlilərin heç bir rolu olmayıb və yeni partiya lideri İslai-Fələstin münaqişəsində hes bir dönüş yarada bilməyəcək.

- Ərəb ölkələrinin , xüsusən İordaniya və Misirin İsrail-Fələstin münaqişəsinin  həlli istiqamətində atdığı addımları necə qiymətləndirirsiniz?

- Misir və İordaniyanın sionist rejiminə qarşı siyasi mübarizədə tutduğu fərqli mövqe fələstinlilərin müqavimət əzmini zəiflədir. İsrail-Fələstin münaqəşəsinin həllində bu ölkələrin ayrı-ayrı mövqelər nümayiş etdirməsi əvvəlcədən düşünülmüş siyasətin bir hissəsidir. Onların təklif etdiyi həll paketi nəinki fələstinlilər tərəfindən, hətta Misir və İordaniya xalqları tərəfindən də qətiyyətlə rədd edilir.

Xəbər lenti

Xəbər lenti