Türkiyə, Ankara , 8 oktyabr / Trend / Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə oktyabrın 9-da, Ankarada terrorla mübarizə mövzusunda müşavirə keçiriləcək. їTürkiyəї qəzetinin yazdığına görə, müşavirədə PKK tərəfindən yeni terror aktlarının törədilməsinin qarşısını almaq məqsədi ilə atılacaq addımlar müzakirə olunacaq. Həmçinin, terrorla mübarizə haqqında Qanuna və Cinayət prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi barədə güc strukturlarının təklifləri müzakirə ediləcək. Qeyd edək ki, Türkiyənin müvafiq qanunvericilik aktlar Avropa İttifaqının normativlərinə uyğun olaraq dəyişdirilib.
Ötən gün Ərdoğan terrorla mübarizə üzrə Ali şuranın üzvü olan nazirlərlə iclas keçirib.
Antiterror tədbirlərinin yenidən nəzərdən keçiriləcəyini, İraqla sərhədlərin möhkəmləndiriləcəyini bildirən Ərdoğan deyib ki, їBiz intensiv qaydada zəruri addımlar atacayıqї.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]