Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində mətbuat mərkəzi açılıb.
Mərkəz KİV və siyasi partiya nümayəndələri üçün 24 saat fəaliyyət göstərəcək. Mərkəz informasiyaların operativ ötürülməsi üçün bütün texniki imkanlarla təmin edilib.
Azərbaycan MSK-nın sədri Məzahir Pənahov cümə axşamı mətbuat mərkəzinin açılışında MSK-da belə mərkəzlərin 2000-ci ildən yaradıldığını bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend