...

MDB-nin Müşahidə Missiyası Naxçıvanda prezident seçkilərinə hazırlıqla bağlı problemlər aşkarlayıb

Siyasət Materials 9 Oktyabr 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir R.Novruzov/ MDB-nin Müşahidə Missiyası Naxçıvanda Azərbaycan prezidenti seçkilərinə hazırlıqla bağlı bəzi problemlər aşkarlayıb.

"MDB-nin missiyası Babək, Naxçıvan və Şahbuz rayonlarına baş çəkib və orada bir neçə təşkilati problemlər aşkarlayıb", - cümə axşamı Trend -a missiya rəhbəri Yevgeni Sloboda deyib.

"Problemlərin əksəriyyəti texniki xarakterli, təbliğat plakatlarının bölüşdürülməsi və seçki məntəqələrinin hazırlığı ilə bağlı olub", - o deyib.

"Məsələn, müşahidəçilərin yerləşəcəyi yer bizim xoşumuza gəlməyib, lakin bizim tövsiyəmizlə onu düzəltdilər", - Sloboda bildirib.

"Bu regionlarda seçkilərə hazırlığı, ümumilikdə orta qiymətləndirmək olar", - missiya rəhbəri qeyd edib. O, ümid etdiyini bildirib ki, seçkilər günü ciddi pozuntular olmayacaq.

Onun sözlərinə görə, missiya Xaçmaz və Lənkəranda da olmağı planlaşdırıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti