Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ombudsman Aparatının prezident seçkisini müşahidə edən nümayəndələri gün ərzində mümkün qayda pozuntuları barədə aparatı bir neçə dəfə məlumatlandıracaqlar. Bu barədə çərşənbə günü jurnalistlərə ombudsman Elmira Suleymanova bildirib.
Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
"Seçkinin gedişatını aparatın 50 rayonu əhatə edən 33 nümayəndəsi müşahidə edir", - deyə ombudsman bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend