...

"Azad, Şəffaf və Ədalətli Seçkilər" Koalisiyası saat 11.00-dək səsvermədə qanun pozuntuları aşkarlamayıb

Siyasət Materials 15 Oktyabr 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend / Bu gün Azərbaycanda keçirilən prezident seçkisində müşahidə aparan "Azad, Şəffaf və Ədalətli Seçkilər" Koalisiyasının müşahidəçiləri və "exit-poll" keçirən nümayəndələri saat 11.00-a qədər seçki məntəqələrində qanun pozuntularına rast gəlməyiblər. Bu barədə Trend -a Koalisiyadan məlumat verilib.

Koalisiya bütün dairələrdə fəallıq müşahidə olunduğunu, saat 8:00-dan 10:00-a qədər 14,6  faiz seçicinin səsvermədə iştirak etdiyini bildirir. Saat 11:00-a olan məlumata görə isə, paytaxt Bakıda 20,9 faiz, regionlarda 21,3 faiz seçici səsverməyə gəlib.

Koalisiya 50 seçki dairəsində sadə müşahidəcilik, 57 seçki məntəqəsində "exit-poll" keçirir. Ümumi müşahidəçilərinin sayı 2476 nəfərdir

Xəbər lenti

Xəbər lenti