Azərbaycan, Bakı,15oktyabr / Trend , müxbir A.Hüseynbala/ Müxalif "Böyük Quruluş" Partiyasından olan Azərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu Bakının Sabunçu rayonu 27 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Bu məntəqədə 1489 seçici qeydiyyata alınıb, onların artıq 680 nəfəri səs verib..
"Bakı vaxtı ilə 14.30 - da mən səs verənədək seçki normal şəraitdə keçib, seçicilərin fəallığı müşahidə olnur. Belə davam edərsə, seçkinin ikinci turunda iştirak şansı əldə edəcəyimə ümid edirəm", - deyə Qəzənfəroğlu jurnalistlərə bildirib.
Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.
Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend