Azərbaycan, Bakı 19 oktyabr / Trend müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçirilmiş prezident seçkisinin yekun nəticələrini bazar günü elan edib.
MSK sədri Məzahir Pənahovun bildirdiyinə görə, səkkiz seçki məntəqəsinin nəticələri ləğv olunub.
Preziden seçkisinin yekunu olaraq, Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyev ən çox səs - 88,73 faiz səs qazanıb.
Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, bitərəf namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Haçıyev - 0,65 faiz səs toplayıb.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatına Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]