...

Türkiyə prezidentinin Azərbaycana səfəri ilə bağlı hazırlıq görülür - səfir

Siyasət Materials 20 Oktyabr 2008 12:51 (UTC +04:00)
Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Türkiyə prezidenti Abdulla Gül Bakıda noyabrda keçiriləcək enerji təhlükəsizliyinə dair sammitdə iştirak edəcək, bazar ertəsi keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Qılıc bildirib. Noyabrda Xəzər, Qara və Baltik dənizi regionunda enerji təhlükəsizliyi məsələləri üzrə IV sammitin Bakıda keçiriləcəyi gözlənilir. Qılıc bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri ilə bağlı hazırlıqlar görülür. Tərəflər enerji resurslarının tədarük mənbələri və tranzit yolların diversifikasiya imkanları, həmçinin enerji ehtiyatları bazarında rəqabət qabiliyyətinin artırılması məsələlərini nəzərdən keçirmək niyyətindədir. Əvvəlki sammit cari ilin may ayında Kiyevdə keçirilib. İlk görüş isə 2007-ci ildə Krakovda (Polşa) baş tutub. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Xəbər lenti

Xəbər lenti