...

Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələsi Bakıda müzakirə olunacaq

Siyasət Materials 21 Oktyabr 2008 18:52 (UTC +04:00)

Azərbayan, Bakı, 21 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələsi Bakıda müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Almaniya Bundestaqının Sosial-Demokrat Partiyası fraksiyasının nümayəndə heyəti oktyabrın 22 - də Azərbaycana səfərə gələcək.

"Bundestaqın üzvləri Uta Tsapf və Şteffen Rayxenin səfərindən məqsəd Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair danışıqlar aparmaqdır", - deyə məlumatda qeyd olunub.

Bundestaq üzvləri Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycan -Almaniya Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcəklər.

Qonaqlar Fəxri Xiyabanda eks -prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti