...

Azərbaycanda prezident seçkisi tam demokratik şəraitdə keçib – hesabat

Siyasət Materials 28 Oktyabr 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) prezident seçkisi dövrünü əhatə edən hesabatında seçkinin tam demokratik və fəal şəraitdə keçdiyini bildirilib.

"Demokratik şəraitdə keçirilmiş prezident seçkisi Azərbaycan tarixində mühüm hadisə oldu. Radikal müxalifət nümayəndələri seçkiyə qatılmasalar da, proses seçicilərin yüksək fəallığı ilə keçib", - deyə BMAM sədri Rufiz Qonaqov Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən daha çox səs toplayıb - 88.73 faiz.

Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

BMAM-ın tədqiqat qrupunun rəhbəri Razi Nurullayev prezident seçkisini əvvəlki seçkilərdən fərqləndirən bir sıra amillərin olduğunu bildirib. "Seçki orijinallığı ilə fərqləndi. Seçkidə məğlub olmuş bütün namizədlər qalib namizədi təbrik etdilər və bu, Azərbaycanın siyasi palitrasında yeni eranın başlanmasının əsasını qoydu", - deyə Nurullayev əlavə edib.

Seçkidən sonrakı dövrə toxunan Nurullayev bu dövrdə böyük dəyişikliklərin gözlənilmədiyini bildirib. "Azərbaycan prezidenti ilə hakimiyyət arasında böyük sadiqliq var. Böyük dəyişikliklər edilməsə də, gənc kadrların önə çəkilməsi gözlənilir", - deyə o qeyd edib.

O əlavə edib ki, İctimai Birliyin hesabatında həmçinin tövsiyələr də öz əksini tapıb. "Tövsiyələrdə seçki müddətində yaranan müsbət atmosferin inkişaf etdirilməsi üçün müxalifətlə iqtidar arasında daha sivil münasibətlərin qurulmasına istiqamətlənmiş addımların atılmasının və beynəlxalq təşkilatların Azərbaycanda baş verən demokratik dəyişiklikləri qəbul etməsi üçün onlarla daha effektli və məhsuldar münasibətlər qurulmasının zərurliyi qeyd olunub", - deyə Nurullayev bildirib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin hesabatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti