...

ABŞ - ın Pakistan sərhədlərində hərbi əməliyyatı müsbət addımdır- Əfqanıstan rəsmisi

Siyasət Materials 28 Oktyabr 2008 15:55 (UTC +04:00)
ABŞ - ın Pakistan sərhədlərində hərbi əməliyyatı müsbət addımdır- Əfqanıstan rəsmisi

Əfqanıstan, Kabil, 28 oktyabr/ Trend , müxbir A.Həkimi/ Əfqanıstan prezidenti Hamid Kərzainin sözçüsü bildirib ki, ABŞ - ın Pakistan sərhədlərində keçirdiyi hərbi əməliyyatlar Əfqanıstanın təhlükəsizliyi üçün vacibdir.

Trend -un Əfqanıstandakı müxbirinin məlumatına əsasən, Kərzainin sözçüsü Homayun Həmidzadə oktyabrın 28 - də Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, Pakistan sərhədlərində yerləşən Taliban üsyançılarının məhv edilməsi əməliyyatları davam etdirilməlidir.

Əfqanıstan və Pakistan oktyabrın 26 - da Regional Sülh iclası keçiriblər. Əfqanıstanın sabiq XİN rəhbəri Abdullah Abdullah-ın sədrliyi ilə iki ölkənnin nümayəndələri arasında İslamabadda keçirilən bu iclasda, Talibanla müzakirə məsələsi və Əfqanıstanın təhlükəsizliyinin təmin olunması nəzərdən keçirilib.

Həmidzadə bildirib ki, ABŞ - ın Pakistan sərhədlərində keçirdiyi əməliyyatların Regional Sülh planına və müzakirələrə mənfi təsiri yoxdur. Onun sözlərinə görə, əməliyyatlar Əfqanıstan hakimiyyəti ilə barışmaq istəməyən qruplar əleyhinə keçirilir və sülhə razılıq bildirən qruplara toxunulmur.

Həmidzadə hərbi əməliyyatların nəticəsinin "tamamilə müsbət" olduğunu bildirib.

Keçən ay ərzində ABŞ hərbi qüvvələri dəfələrlə Pakistanın sərhəd regionlarını bormbardman ediblər.

Xəbər lenti

Xəbər lenti